19.08.2020 12:59
6
abunə
480
Prezident Zaqatala ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  •  

Aşağı Çardaxlar kəndi

1

1170

  •  

Bəhmətli kəndi

1

4786

  •  

Dağlı kəndi

1

3300

  •  

Əliabad qəsəbəsi

1

11200

  •  

Faldarlı kəndi

1

2156

  •  

Gözbarax kəndi

1

2061

  •  

Kəpənəkçi kəndi

1

1111

  •  

Qandax kəndi

1

1829

  •  

Qımır kəndi

1

1804

10

Maqov kəndi

1

1705

11

Mosul kəndi

1

3261

12

Muğanlı kəndi

2

3006

13

Muxax kəndi

1

8210

14

Yengiyan kəndi

1

1481

15

Yeni Suvagil kəndi

1

5355

16

Yolayrıc kəndi

1

1460

17

Yuxarı Tala kəndi

1

9021

Cəmi

18

62 916

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine