🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

DSMF-nin müdiri piyadanı vurub öldürdü - FOTO

08.03.2025 20:25 102 baxış sayı 1 dəq. oxuma
DSMF-nin müdiri piyadanı vurub öldürdü - FOTO

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi "Azsamand" markalı, 62 AA 008 dövlət nömrə nişanlı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: