
Meşədə itkin düşən hindistanlı turistin qalıqları tapıldı

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər

İtkin düşən 3 şəhidin dəfn mərasimi keçiriləcək -...
Bugun.az

İtkin düşmüşdü, meyiti meşədə tapıldı -
Son Xeberler

Füzulidə daha 9 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler

Müxalifət liderinin meyiti yol kənarında tapıldı
Xəbər Anı

İtkin düşən balıqçıların görüntüsü - FOTO
Bugun.az

İtkin düşən daha bir əsgərin nəşi tapıldı
Son Xeberler