Nəsrullahın Ölümü ilə Bağlı Yeni Açıqlama
Livanın Xarici İşlər və İmmiqrasiya naziri Abdullah Buhabib “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahın ölümü ilə bağlı maraqlı bir açıqlama verib.
Buhabib bildirib ki, Nəsrullah İsrail tərəfindən öldürülməzdən əvvəl atəşkəsi qəbul etmişdi və ABŞ ilə İsrail bunu bilirdi. O, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilən 21 günlük atəşkəs çağırışının qəbul edildiyini söyləyib. Bu mövzuda “Hizbullah” ilə görüşdüyünü bildirən Buhabib deyib: “Nəsrullah (atəşkəsi) qəbul etdi, bəli. Biz atəşkəsi tamamilə qəbul etdik, “Hizbullah”la görüşdük. Livan parlamentinin sədri Nebih Berri “Hizbullah”la müzakirə etdi. Baş verənlərlə bağlı amerikalıları və fransızları məlumatlandırdıq. Onlar bizə Netanyahunun iki liderin (Bayden və Makron) hazırladığı bəyanatı qəbul etdiyini söylədi."
Etiketlər
Oxşar xəbərlər
Nəsrullahın Öldürülməsi Hizbullah Tərəfindən Təsdi...
Son Xeberler
Haşim Safiyuddin öldürüldü
Xəbər Anı
NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA
Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib
Son Xeberler
Nəsrullah sağ qalıb? - VİDEO
Son Xeberler
Qaradağda Bıçaqlanma Nəticəsində Ölüm: Şübhəli Sax...
Bugun.az