Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib

04.10.2024 11:25 267 baxış sayı 1 dəq. oxuma Metbuat
Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib

İsrailin Beyruta endirmiş olduğu hava zərbəsi nəticəsində həlak olan "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.


"Sky News Arabia" telekanalı təşkilata yaxın mənbələrə istinadən xəbər verir ki, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfi olma ehtimalını nəzərə alaraq verilib. Mənbənin sözlərinə görə, Nəsrullahın açıq dəfn mərasiminin keçirilməsi üçün təhlükəsiz şərait yaranana qədər gizli yerdə basdırılması qərara alınıb.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: