Son Xeberler
Son Xeberler

28.09.2024 12:25

6 abunə

5

Nəsrullah sağ qalıb? - VİDEO

Nəsrullah sağ qalıb? - VİDEO

İsrailin Livana hücumlarının beşinci günündə Beyrutda ard-arda partlayışlar baş verib. İsrail Hizbullahın əsas qərargahlarının yerləşdiyi Dahiye bölgəsində Hureyk məhəlləsindəki hədəfləri, o cümlədən Həsən Nəsrullahın evini vurub.


Xaricdəki mətbuatın verdiyi xəbərə görə, hücumlar nəticəsində 6 nəfər ölüb, 91 nəfər yaralanıb. İsrail mətbuatı Nəsrullahın əsas hədəf olduğunu, hücumdan sonra yaralandığını iddia edib. Hizbullahla əlaqəli mənbələr isə Nəsrullahın səhhətinin yaxşı olduğunu bildirib. "Reuters" xəbər agentliyi Hizbullahın yüksək rütbəli rəhbər heyəti ilə əlaqənin kəsildiyini irəli sürüb.


Qeyd edək ki, Beyrutun cənub bölgəsində çoxsaylı partlayışlar Netanyahunun BMT-dəki çıxışından sonra baş verib. Hücumlar İsrailin Livana qarşı ən genişmiqyaslı əməliyyatı hesab olunur. İsrail Prezident Ofisi Netanyahunun bu gecə İsrailə qayıdacağını açıqlayıb.



2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine