
"Məğlub ölkə şərt irəli sürə bilməz..." - Ermənistan XİN-nin 4 şərtinə sərt reaksiya

"Məğlub ölkənin şərt qoyması gülünc olduğu qədər də absurddur”.
Bu sözləri Ermənistanın XİN rəhbəri Ara Ayvazyanın xalqların öz müqəddəratının təyini prinsipini əsas götürməklə Qarabağ probleminin həlli üçün 4 şərt irəli sürməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
Politoloqun fikrincə, münaqişə tərəflərinin danışıqlarına ehtiyac yoxdur:
"Daha müzakirə predmeti qalmayıb. Azərbaycan işğaldakı ərazilərinin 3/4-nü azad edib. Digər ərazilər də beynəlxalq hüquqa görə Azərbaycan əraziləridir. Ermənistanın prosesə müdaxiləsinə qətiyyən imkan vermək olmaz. 4 yox, lap 14 şərt irəli sürsələr də faydası yoxdur. Məğlub ölkənin şərt qoyması gülünc olduğu qədər də absurddur.
Dünya praktikasında məğlub ölkənin hansısa şərtlə çıxış etməsi görünməyib. Xalqların öz müqəddəratını təyini prinsipi artıq çoxdan dəfn olunub, ona ehtiyac qalmayıb”.
N. Miri düşünür ki, İrəvanın bu şərtləri danışıqlar prosesinin uzanmasına gətirib çıxaracaq:
"Ona görə də bundan sonra həmsədrlər institutunun fəaliyyətinə, burada Fransa və ABŞ-ın iştirakına birmənalı olaraq imkan vermək olmaz. Bu kökündən yanlış olardı. İndi regionda təhlükəsizliyin təminatı istiqamətində Türkiyə və Rusiya çıxış edir. Əgər gələcəkdə də hansısa siyasi danışıqlara ehtiyac duyulacaqsa, bu məhz həmin iki dövlətin vasitəçiliyi ilə aparılacaq”.
Oxşar xəbərlər

“Mən o liderlərdən deyiləm ki, söz qəbul edəm”
Son Xeberler

"Heç kim Azərbaycana şərt qoya bilməz" -
Son Xeberler

Azərbaycan U-23 Minifutbol Millisi Dünyada Üçüncül...
Bugun.az

Şuşaya göz dikən məmurlar necə cəzalandırılacaq? -...
Son Xeberler

Tramp kimləri vəzifəyə təyin edir?
Xəbər Anı

Gələn aydan bizi YENİ QADAĞALAR gözləyir? -
Son Xeberler