🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gələn aydan bizi YENİ QADAĞALAR gözləyir? - 10.00-17.00 saatlarınadək...

17.12.2020 19:23 877 baxış sayı 3 dəq. oxuma
Gələn aydan bizi YENİ QADAĞALAR gözləyir? -

Bizdə COVİD-lə bağlı tətbiq edilən məhdudiyyət Türkiyədən betərdir. Bizdə insanlar SMS-lə küçəyə çıxırlar.

Bunu milli.az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, Yeni il ilə əlaqədar Türkiyədə tətil günlərində tətbiq ediləcəyi nəzərdə tutulan qadağaların Azərbaycanda da tətbiqinə ehtiyac yoxdur:

"Bir ildir ki, insanlar SMS-lə küçəyə çıxırlar. 2-3 saat icazə verirlər. 2 saat müddətində insanlar, onsuz da, evindən uzağa gedə bilməz axı, hara gedəcəklər ki?! SMS rejimi Türkiyədə dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvara kimi "evdə qalmaq" rejiminə uyğun küçəyə məhdudiyyətlə çıxmaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhalinin yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcəyi qərarından da sərt karantin rejimidir. Bundan da sərti ola bilməz axı.

Türkiyədə yayda toylara icazə verdilər orada yayda ad günlərini qeyd etməyə icazə verdilər. İnsanlar çimərliklərə getdilər, istirahət etdilər. Bizdə yayda heç o da mümkün olmadı axı. Bizdəki koronavirusla bağlı vəziyyətlə Türkiyədəki eyni deyil. Türkiyədə 10 günlük, 20 günlük, 5 günlük sərt karantin tətbiq edirlər, sonra ləğv edirlər. Amma bizdə insanlar 9 aydır ki, sərt karantin rejimində yaşayırlar. Dünyanın heç bir yerində bu qədər sərt karantin rejimi olmayıb. Və nəticəyə baxaq, virusun yoluxmasına görə 220 ölkə içərisində Azərbaycan 45-ci yerdədir. Ona görə ki, insanlarda kollektiv immunitet yaranmır. Çünki insanlarda istirahətlə, çimərliklərlə əlaqədar D vitamini yaranmadı.

İqtisadiyyata nə qədər ziyan dəyir. Bütün dünya ölkələrində sərt karantin rejimi 3 gün, 40 gün, 2 ay tətbiq olunur. İtaliya İtaliyadır ki, koronavirusun ən ağır dövründə bir aydan sonra hər yumşalmaya getdi, hər yer açıldı".

Paylaş: