🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Heç kim Azərbaycana şərt qoya bilməz" - Prezidentin köməkçisi

10.10.2020 11:27 532 baxış sayı 1 dəq. oxuma
"Heç kim Azərbaycana şərt qoya bilməz" -

Bu günə qədər Ermənistan diqtə ilə danışırdı, şərtlər qoyurdu. Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz.

Bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

"Atəşkəs sülh deyil, Moskvada qəbul olunmuş atəşkəs humanitar xarakter daşıyır. Bu gün ermənilər humanitar atəşkəs yalvarışları ilə gəldi. Hərbi və diplomatik sahədə səylərimiz davam edəcək. Bundan sonrakı fəaliyət ondan ibarətdir ki, spesifik detallar əsasında aparılmalıdır, Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı konkret addımlar atmalıdır".

Paylaş: