“Hüseyn Cavid” gəmisi yenidən istismara qaytarıldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Xəzərdənkənar sularda istismar olunan “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.
QSC-dən verilən məlumata görə, ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.
Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Həmçinin, heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarlarda lazımi təmir işləri aparılıb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək üçqat boya ilə rənglənib. Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Bu gün “Hüseyn Cavid” gəmisi təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanacaq. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, “Hüseyn Cavid” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Komandir, mən onsuz da şəhid olacam, adımı yazmay...
Son Xeberler
Mənsurə Cavid öldürülüb
Xəbər Anı
Cavid Paşayev koronavirusdan sağaldı -
Son Xeberler
Metronun "8 noyabr" stansiyasında 17 eskalator, 3...
Son Xeberler
İki Voleybolçu Ailə Qurdu
Bugun.az
Güləbird Su Elektrik Stansiyası istismara verilib
Son Xeberler