
Metronun "8 noyabr" stansiyasında 17 eskalator, 3 lift quraşdırıldı

Bakıda tikintisi başa çatdırılan "8 noyabr" stansiyası istismara hazırlanır.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, istismara hazırlanan “8 Noyabr” stansiyasında 17 eskalator və 3 lift quraşdırılıb:
"Həmçinin digər eskalatorlu stansiyalarda bir sıra işlər görülüb, texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb.
Bu əsasda istehsalçı “ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb"
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"8 noyabr" stansiyasında sınaq işləri aparılır -
Son Xeberler

Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməy...
Son Xeberler

DİN xanıma mesaj yazan Polislə bağlı məlumat yaydı...
Son Xeberler

"8 noyabr" stansiyası hazırdır -
Son Xeberler

Metropolitenin bağlandığı ilk gün şəhərdə mənzərə...
Son Xeberler

Çində təbii qaz stansiyasında yanğın, 5 ölü
Son Xeberler


