03.02.2021 20:47
6
abunə
781
Komandir, mən onsuz da şəhid olacam, adımı yazmayın ora... - VİDEO

Zəng edəndə dedi ki, ana, qayıdım, mənə maşın alarsınız. İndi almışam. Amma Fəxri Xiyabana getmək üçün...

Bir dəfə döyüşə getməzdən əvvəl komandir dedi ki, ad soyadlarınızın olduğu vərəq itib, yenidən yazın verin mənə. Cavid mərdcəsinə çıxıb "komandir, mən onsuz da şəhid olacam, adımı yazmayın ora. Mənim xəbərimi atama-anama deməyin" dedi...

Sosial şəbəkələrdə çox aktiv idi. Hər video çəkib paylaşanda deyirdi ki, hamı məni tanısın. Hamı bilsin ki, Cavid kimdir. Bütün hesablarında adı “Caviko” idi. İndi arzusuna çatdı, artıq Azərbaycan bilir ki, Cavid kimdir.

Ardını siz izləyin… Bülbülə qəsəbəsinin şəhidi, ailənin ikinci övladı Cavid Cabarzadənin hekayəsini təqdim edirik. Oktyabrın 24-ü Füzuli uğrunda döyüşlərdə şəhid olan 23 yaşlı Cavid Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine