Göyçayda ağır qəza 3 nəfər öldü

18.11.2020 11:47 664 baxış sayı 1 dəq. oxuma
Göyçayda ağır qəza

Göyçay rayonunun 1-ci Ərəb kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza noyabrın 18-də saat 2 radələrində qeydə alınıb. 

Rayon sakini Çingiz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. 

Nəticədə sürücü və sərnişinləri İsmayıl Mustafayev hadisə yerində, İqrar Zeynalov isə xəstəxanada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: