05.01.2021 09:29
6
abunə
492
Bakıda ağır qəza: Yaralılar var - VİDEO

Gecə saatlarında paytaxtın Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.

“Lexus” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yolayırıcı səkiyə, daha sonra yol hərəkəti nişanı və işıq dirəyinə dəyərək dayanıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobildə tüstülənmə baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alanlardan birinə yerində ilkin tibbi yardım göstərilib. Ağır xəsarət alan sürücü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine