
Son Xeberler
9 abunə
Baş Narkotiklə Mübarizə İdarəsindən əməliyyat: Keçmiş məhkum tutuldu
16.01.2021 09:25
458 baxış sayı
2 dəq. oxuma

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Narkotacirdən 5 kq marixuana götürüldü
Son Xeberler
385
19/02 10:43

Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub
Son Xeberler
828
20/08 08:04

Azərbaycanda iki məmur saxlanıldı —
Son Xeberler
1,215
24/08 06:21

ABŞ-da etirazların yeni dalğası -
Son Xeberler
496
24/09 08:36

SON DƏQİQƏ! Rayon xəstəxanasının baş həkimi SAXLAN...
Son Xeberler
1,314
22/01 17:42

"Bandotel”dən ƏMƏLİYYAT:
Son Xeberler
961
20/07 10:18