
"Bandotel”dən ƏMƏLİYYAT: Saxlanılanlar var

Naftalan və Yevlax sakinlərində silah-sursat və narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Hövsan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini A.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2 kq 535 qram marixuana götürülüb.
Oxşar xəbərlər

"Bandotel" Bakıda əməliyyat keçirdi
Son Xeberler

"Bandotdel" ƏMƏLİYYAT keçirib-
Son Xeberler

SON DƏQİQƏ! Daha bir icra hakimiyyətində əməliyyat...
Son Xeberler

Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar a...
Son Xeberler

TƏCİLİ! Vəzifəli şəxslər korrupsiyaya görə həbs ed...
Son Xeberler

Göz Rəngini Dəyişdirmək: Qiymət və Əməliyyat Haqqı...
Son Xeberler