06.02.2021 20:26
6
abunə
290
Bakıda oğurluq edən şəxs saxlanıldı

Sabunçu rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Ramana qəsəbə sakini M.Qafarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

M.Qafarovla bağlı aparılan əməliyyat tədbirləri nəticəsində həmin şəxsin mağazaların birindən pul, 1600 manat dəyərində tütün məmulatı, neft məhsulları oğurlaması, eyni zamanda, R.Hüseynova məxsus “ZİL” markalı avtomobili qaçırması da müəyyənləşdirilib. Qaçırılmış avtomobil Ramana qəsəbəsi ərazisində tapılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine