Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi AÇIQLANDI
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.
Yoluxmanın 53,4% Bakının payına düşür.
Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub.
Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (12,9%) qeydə alınıb. Sonrakı yerdə 16,6%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı olub.
Qeyd edək ki, bu gün Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.
Etiketlər
Oxşar xəbərlər
Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəri...
Son Xeberler
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgəl...
Son Xeberler
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə...
Son Xeberler
Ölkəmizdə ən az yoluxma bu ərazidədir
Son Xeberler
Bakıda koronavirusa ən çox yoluxma bu rayonundadır
Son Xeberler
Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu ra...
Son Xeberler