İspaniyada koronavirusa yoluxanların sayı 243,2 mini ötdü

13.06.2020 05:17 664 baxış sayı 2 dəq. oxuma
İspaniyada koronavirusa yoluxanların sayı 243,2 mini ötdü

İspaniyada koronavirusa yoluxma hallarının sayı artıb.


Bu barədə “El Pais” yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.


Qeyd edilir ki, son bir gün ərzində koronavirusa 155 yeni yoluxma aşkarlanıb.


Bununla da İspaniyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 243 209-a çatıb.


Məlumata görə, pandemiya ərzində Avropanın bu ölkəsində COVID-19-dan 27 136 insan ölüb.


Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: