Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr - SİYAHI

20.09.2020 10:44 717 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr -

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Rəsmi rəqəmlərə əsasən ən çox yoluxma 55,9 faizlə Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Bakı şəhərində ən çox yoluxma halları üzrə statistika da məlum olub. Paytaxt üzrə ən çox yoluxma faktı qeydə alınan ərazi 14,2 faizlə Binəqədi rayonudur. Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: