
Azərbaycanda koronavirusun sürətlə yayıldığı kənddə son vəziyyət - VİDEO

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb. Kəndin 31 sakini koronavirusa yoluxub. Son sutka ərzində daha 7 nəfərin bu virusa yoluxduğu bildirilir. Virus bu kəndə necə yayılıb?
Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının, həmçinin rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.
İnsanların çox toplaşdığı yerlər, eləcə də bəzi evlər və həyətlər dezinfeksiya olunur.
Kənd icra nümayəndəliyindən verilən məlumata görə, yoluxanların əksəriyyəti qadınlardır. Virusun yas mərasimindən yayıldığı güman edilir.
Xəstələrin sayının artacağı istisna olunmur.
Oxşar xəbərlər

Koronavirusun Azərbaycanda sürətlə yayılmasının
Son Xeberler

Koronavirusun yeni növü -
Son Xeberler

Bu ölkələrdə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler

Bu 3 ölkədə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgəl...
Son Xeberler

Koronavirusla bağlı son
Son Xeberler