Son Xeberler
Son Xeberler

03.08.2020 14:49

6 abunə

545

Bu 3 ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Son bir gündə 1600 nəfər öldü

Bu 3 ölkədə virus ŞİDDƏTLƏ YAYILIR:

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 541 nəfərin ölməsi ilə ölkədə koronavirusdan ölənlərin sayı 94 min 104 olub. Yoluxma sayı isə son bir gündə 25 min 800 artaraq 2 milyon 733 mini ötüb.

Təxminən 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi San-Paulo şəhəri virusun mərkəzi hesab edilir. Şəhərdə koronavirusa 558 mindən çox yoluxma, 23 mindən çox ölüm halı qeydə alınıb.

211 milyon əhalisi olan Braziliya Latın Amerikasında koronavirusun mərkəzi halındadır.

Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də Hindistandır. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son sutkada 771 nəfər koronavirusdan vəfat edib. Bununla da ölkədə virusdan ölənlərin sayı 38 min 135 olub. Ölkədə yoluxma halı 1 milyon 800 mini keçib. Hindistan dünyada ən çox yoluxmanın qeydə alındığı üçüncü ölkədir.

Meksikada isə son sutkada 274 nəfər virusdan ölüb. Ölkədə virusdan ölənlərin sayı 47 min 746, yoluxanların sayı isə 439 mindən çoxdur.

Mənbə: Anadolu Ajansı

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine