Son Xeberler
Son Xeberler

30.09.2024 15:25

5 abunə

3

Açılıq və Korrupsiyaya Qarşı Mübarizədə Media: Dəyirmi Masa Görüşü

Açılıq və Korrupsiyaya Qarşı Mübarizədə Media: Dəyirmi Masa Görüşü

Media və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.


Görüşdə iştirak edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində medianın rolunu vurğulayıb. O, belə müzakirə formatlı görüşlərin ölkəmizdə şəffaflığı, hesabatlılığı və açıqlığı gücləndirməyə, vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləməyə və informasiya əldə edilməsini təmin etməyə mühüm töhfə verdiyini söyləyib.


Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə bildirib ki, Prezidentin təsdiq etdiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşdirilməsini və birgə layihələrin həyata keçirilməsini əsas prioritetlər kimi təsbit edir. O, bu yanaşmaların cəmiyyətə çatdırılması və effektiv məlumatlandırma baxımından medianın müstəsna rolunu vurğulayaraq, bugünkü görüşün medianın bu istiqamətdə işinin daha səmərəli və effektiv qurulmasına töhfə verəcəyini qeyd edib.


Görüşdə, açıqlıq və korrupsiyaya qarşı mübarizə ilə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarının fikirləri dinlənilib və təklifləri öyrənilib.