
FHN Oğuzda dəyirmi masa təşkil etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Mərkəzlərlə İşin Təşkili, Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə Baş İdarəsi, Baş Əməliyyat İdarəsi və Şimal-Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Oğuz Rayon İcra Hakimiyyətində (RİH) “Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Komissiyasının məsul işçiləri, habelə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edənlər – Nazirliyin Regional Mərkəzlərlə İşin Təşkili Baş İdarəsinin rəis müavini Gündüz Həmzəyev, Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbir zamanı Şimal-Qərb Regional Mərkəzinin xidməti ərazisində fövqəladə hallarla mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında məlumatlar diqqətə çatdırılıb, bu sahədə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyi qeyd olunub.
Sonda Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda aparılmış monitorinqlərin nəticələrini əks etdirən fotoslaydlar nümayiş etdirilmiş, iştirakçıların sualları cavablandırılmış və geniş müzakirələr aparılmışdır.
Etiketlər
Oxşar xəbərlər

Bakı İqlim Həftəsində dəyirmi masa keçiriləcək
Bugun.az

Açılıq və Korrupsiyaya Qarşı Mübarizədə Media: Dəy...
Son Xeberler

Oğuzda 34 yaşlı şəxs öldü
Bugun.az

Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirdi
Bugun.az

COP29-da iqlim dəyişikliyi ilə mübarizənin maliyyə...
Bugun.az

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Son Xeberler