Son Xeberler
Son Xeberler

16.12.2020 15:43

6 abunə

340

ABŞ-ın sanksiyası Türkiyəni daha da gücləndirəcək- Türkiyəli generaldan SƏRT AÇIQLAMA

 ABŞ-ın sanksiyası Türkiyəni daha da gücləndirəcək-

ABŞ, Rusiyadan S-400 sistemləri aldığına görə Türkiyəyə sanksiya tətbiq etmək qərarı nəticəsində Türkiyənin Müdafiə Sənaye Nazirliyi ABŞ-dan ixrac lisenziyası ala bilməyəcək, Amerikanını maliyyə təşkilatlarından və beynəlxalq təşkilatlardan kredit istifadə edə bilməyəcək. Həmçinin EXIM Bank kreditlərini də yararlana bilməyəcəkdir.

Bu qərəzli sanksiyalar ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Metbuat.az-a özəl açıqlama verib.

General deyir ki, 1974 cü ildə Türkiyəyə qarşı tətbiq edilən sanksiya bu gün dünyada müdafiə sənayesinin inkişafına görə öncül ölkələr sırasına olan müstəqil Türkiyənin güclənməsinə səbəb oldu. ABŞ-ın qərəzli sanskiyaları Türkiyəyə əsla təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə, müdafiə sənayesi sahəsində öz yerli istehsalı olan silah və texnikaların daha da təkmilləşdirilməsinə səbəb olacaqdır.

“ABŞ tarixdə ilk dəfə olaraq NATO ölkələrindən birinə -Türkiyəyə qarşı sansiya tətbiqi qərarı aldı. Burada hədəf Türkiyə Müdafiə sistemləri və Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri göstərilsə də əslində niyyət tamam başqadır.

Bu gün bu sanksiyanın tətbiqində əsas məqsəd bəzi qüvvələrin Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq hissləridir.

Qeyd edim ki, S-300 zenit raket kompleksləri üç ölkədə Yunanıstan, Slovakiya və Bolqarıstan da var. Yunanıstan artıq bu sistemləri 2013 cü ildə təcrübədən keçirib.

Yalnız Rusiya və Türkiyədə olan S-400 raket sistemi isə S-300 zenit raket komplekslərinin daha da təkmilləşmiş formasıdır’’.

Yücel Karauz deyir ki, Türkiyə NATO ittifaqı tərkibində bir neçə dəfə NATO və ABŞ-a havadan müdafiə sistemlərini gücləndirmək üçün müraciət etsə də, Türkiyəyə ''Petrit'' adlandırılan havadan müdafiə sisteminin satılmasına icazə verilmədi.


“Türkiyə bu məqsəd ilə Çin ilə əməkdaşlıq etmək istəsə də, Amerika Birləşmiş Ştatları və Qərb bu addımlara müsbət baxmadıqları üçün alternativ yollar axtarılmağa başlandı.

İspaniya kimi havadan müdafiəyə ehtiyacı olmayan ölkələrə belə S-400 satan ABŞ Türkiyəyə bu silah sistemlərini satmadı. Bu vəziyyətdə haqlı olaraq Türkiyə müstəqil bir dövlət kimi milli maraqlarını və təhlükəsizlik məsələlərini də əsas götürərək Rusiyadan sözügedən müasir sistemi aldı.

S-400 raket sistemləri NATO təyyarələrinə qarşı bir təhlükəyə səbəb deyil. Amma bütün bunlara baxmayaraq ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərara gəldi’’.

General bildirdi ki, əslində bu siyasi təzyiqlərin başqa bir səbəbi də var.

“Artıq məlumdur ki, S- 400-dən başqa Türkiyənin Suriyada kürd dövlətinin qurulmasına icazə verməməsi, Liviya, İraq kimi qaynar münaqişələrin baş verdiyi ölkələrdə hadisələrə müstəqil yanaşmaları, 2-ci Qarabağ savaşında Azərbaycana hər yöndə dəstəyi bir çox böyük dövlətlər ilə yanaşı ABŞ-ın da diqqətindədir.

Son illər Türkiyə Müdafiə sənayesinin inkişafı, dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırlayıb istehsal etməsi, hərbi potensiala malik “Altay” tankları, helikopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edə bilmə bacarıqları təbii ki, yaşanan bu sanksiyaların məğzini təşkil edir.

Məqsəd Türkiyənin yenidən ABŞ-dan asılı vəziyyətə gətirməkdir’’.

Bu məqamda da qardaş Azərbaycanın Türkiyənin yanında olmasını yüksək qiymətləndirən Yücel Karauz bildirdi ki, Ali baş komandan İlham Əliyevin açıq-aydın mövqeyi olduqca diqqətə layiqdir. Türkiyə və Azərbayca bu yaşananlardan nəticə götürərək birlikdə ədalətsizliyə qarşı savaşıb öz müdafiə sənayelərinin inkişafına diqqəti artıracaqlar.