🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Avropa İttifaqı ağıllı olsun" - Mövlud Çavuşoğlu

09.12.2020 10:56 581 baxış sayı 2 dəq. oxuma
"Avropa İttifaqı ağıllı olsun" -

Avropa İttifaqı (Aİ) Türkiyəni boykot etməyə hazırlaşır, Ankara isə Şərqi Aralıq dənizi mübahisəsinin həllinin həssas bir yanaşmadan asılı olduğunu söyləyir.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-ni şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarının istismarı ilə əlaqədar mübahisələrə son qoymaq üçün sağlam düşüncədən istifadə etməyə çağırıb.

Nazir macarıstanlı həmkarı ilə keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin hələ də Aİ-yə tam üzv olmaq istədiyini vurğulayıb.

Aİ-nin Türkiyəyə qarşı sanksiya təhdidindən danışan Çavuşoğlu bir daha Yunanıstanı Ankaranın diplomatik səylərinə baxmayaraq, təxribat xarakterli hərəkətlər etməkdə ittiham edib.

Paylaş: