Ərdoğan ABŞ-dakı iğtişaşlardan danışdı
"Biz bu filmi 18 ildir yüzlər dəfə seyr etmişik. Bu çirkli ssenarinin aktorlarının belə hadisələrə qəyyumluğunu gördük".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da ABŞ-da Konqres binasına hücumu dəyərləndirərkən deyib.
"Onların əməllərini Cümhuriyyət mitinqlərində çevriliş çağırışı edərkən gördük. Hamımızın ürəyinin dağlayan cinayətlərdən öz məqsədləri üçün istifadə edərkən bunun şahidi olduq.Gəzi hadisələrində (2013-cü ilin mayında İstanbuldakı aksiyaları nəzərdə tutur-red.) sahibkarların mal-mülkünü dağıdarkən onları gördük", Türkiyə prezidenti vurğulayıb.
O, Türkiyədə son illər edilən hakimiyyət çevrilişi cəhdlərinə də işarə edib:
"Biz onlar 2015-ci il iyulun 15-də çevrilişə cəhd edib, tankların arasından qaçaraq evdə televiziya vasitəsi ilə nəticəni gözləməyə gedərkən gördük. Son illər Avropa və ABŞ-da baş verən bir çox hadisələr ölkəmizə qarşı sərgilənən ikili standart təkrar olaraq gün üzünə çıxıb. Türkiyəni hüquq və azadlıqları məhdudlaşdırmaqda günahlandıranların üzləşdikləri ilk təhdidlərə qarşı tətbiq etdikləri sərt tədbirlər ibrətlə təqib edirik".
Oxşar xəbərlər
Putinlə Ərdoğan telefonda danışdı
Son Xeberler
Ərdoğan liderlərin toplantısında Qarabağdan danışd...
Son Xeberler
Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Son Xeberler
Ərdoğan və Makron arasında telefon danışığı olub
Son Xeberler
İlham Əliyevlə Ərdoğan birgə şam etdilər -
Son Xeberler
Ərdoğan zalı tərk etdi
Xəbər Anı