KIBRIT MEDIA
KIBRIT MEDIA

28.10.2024 09:52

2 abunə

5

Şimali Koreya Əsgərləri Ukraynada Şimali Koreya Əsgərlərinin Rusiyaya Gəlməsi İddia Edilir: Kursk Yaxınlığında Yük Maşınları Görüntülənib

Şimali Koreya Əsgərləri Ukraynada

Ukrayna Müdafiə Nazirliyi və GUR-un ələ keçirilmiş radio rabitəsinə əsasən, minlərlə Şimali Koreya hərbçisinin Rusiyanın qərb hissəsinə gəldiyi bildirilir. İki rus əsgərinin radio vasitəsilə danışığında, Kursk şəhəri yaxınlığında yerləşən KAMAZ sürücüsündən bəhs edildiyi qeyd olunur. Xüsusilə, hərbi polisin Kursk vilayətində bir neçə KAMAZ yük maşınını saxladığı, hətta bunlardan birinin mülki nömrə nişanı daşıdığı vurğulanıb. Bu məlumatların doğruluğu hələ dəqiq təsdiqlənməsə də, bəzi Ukrayna hərbçiləri ilk əsir götürülmüş koreyalı hərbçinin olması barədə məlumat veriblər. Ancaq rəsmi orqanlar tərəfindən bu məlumat təsdiqlənmədiyi üçün xəbərin etibarlılığı hələ də mübahisəlidir.