25.10.2024 16:00
2 abunə
27
"Şimali Koreyanın əsgərləri bizə qarşı döyüşəcək" - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya gələn Şimali Koreya əsgərlərinin bazar günündən etibarən aktiv döyüş meydanında olacağına dair kəşfiyyat məlumatı aldıqlarını bildirib.
Zelenski, "Kəşfiyyat məlumatlarımıza görə, 27-28 oktyabrda Rusiya, Şimali Koreya əsgərlərini ilk dəfə döyüş meydanında istifadə edəcək" - deyə bildirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də mətbuat konfransında Ukrayna prezidentinin bu iddialarını təsdiqləyib:
"Bu əsgərlərin Şimali Koreyanın Vonsan bölgəsindən gəmi ilə Rusiyanın Vladivostok şəhərinə getdiyini bilirik. Onların döyüşdə iştirak edib-eyməyəcəklərini hələ bilmirik, lakin bu, əlbəttə ki, çox narahatedici bir vəziyyətdir".