Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Şimali Koreya Ukraynada istifadə edilən raketlərin istehsalını artırır

27.11.2024 18:25 177 baxış sayı 1 dəq. oxuma Metbuat
​Şimali Koreya Ukraynada istifadə edilən raketlərin istehsalını artırır

Şimali Koreya Ukrayna ərazisində istifadə edilən KN-23 raketlərinin istehsalını artırmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzi tərəfindən paylaşılan peyk görüntülərinə görə, raketlərin istehsal olunduğu hərbi obyektdə genişləndirmə işlərinə başlanılıb. Silah istehsalı müəssisəsinə yeni istehsal binasının əlavə edildiyi iddia edilib. Yeni binanın köhnə binadan 60-70 faiz çox istehsal gücünə malik olacağı deyilir. Həmçinin vurğulanır ki, Pxenyan kompleksdəki bəzi yeraltı obyektlərin girişlərini təkmilləşdirib.

Məlumata görə, Şimali Koreya istehsalı olan KN-23 raketləri Rusiyanın Ukrayna ərazisinə atdığı raketlərin üçdə birini təşkil edir.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: