Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Badamın bilinməyən faydaları

06.10.2025 03:25 23 baxış sayı 1 dəq. oxuma Metbuat
Badamın bilinməyən faydaları

Badam həm dadlı, həm də çox faydalı qida mənbəyidir.

Metbuat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gündə bir ovuc badam yemək orqanizmin sağlamlığına ciddi müsbət təsir göstərir.

Badamın tərkibində E vitamini, maqnezium, kalsium, dəmir və faydalı yağlar var. Bu maddələr ürək-damar sistemini qoruyur, xolesterinin səviyyəsini aşağı salır və beyin fəaliyyətini gücləndirir.

Daimi şəkildə badam qəbul etmək dəriyə parlaqlıq verir, saçların tökülməsinin qarşısını alır və immun sistemini möhkəmləndirir. Bundan başqa, badam uzun müddət toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlər üçün də ideal qidadır.

Qidalanma mütəxəssisləri badamın duzsuz və qızardılmamış formada qəbul edilməsini məsləhət görürlər.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: