🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Zəncəfilli çayın faydaları açıqlandı

18.08.2025 03:25 1 baxış sayı 2 dəq. oxuma
Zəncəfilli çayın faydaları açıqlandı

Mütəxəssislər bildirirlər ki, zəncəfilli çay həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Qədimdən istifadə olunan bu bitki içkisi bir çox xəstəliklərin qarşısını almaqda köməkçi vasitə hesab olunur.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, zəncəfil çayı həzm prosesini yaxşılaşdırır, mədə ağrılarını azaldır və köp problemini aradan qaldırır. Bundan əlavə, soyuqdəymə zamanı öskürəyi, boğaz ağrısını və burun tutulmasını yüngülləşdirməsi ilə də tanınır.

Mütəxəssislər həmçinin bildirirlər ki, bu çay immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyənlər üçün faydalıdır. Zəncəfilin iltihab əleyhinə təsiri oynaq ağrılarını azaltmağa da kömək edir.

Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, yüksək təzyiq, mədə yarası və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər zəncəfilli çaydan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Paylaş: