🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qışda sarımsaq yeyin - bilinməyən faydaları

12.10.2025 03:25 1 baxış sayı 1 dəq. oxuma
Qışda sarımsaq yeyin - bilinməyən faydaları

Qış aylarında orqanizmi xəstəliklərdən qorumağın ən təsirli yollarından biri sarımsaq yeməkdir.

Metbuat.az xəbər verir ki, Mütəxəssislər bildirir ki, sarımsaq təbii antibiotik hesab olunur və soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı bədəni möhkəmləndirir.

Sarımsağın tərkibindəki alicin maddəsi mikrobları məhv edir, immun sistemini gücləndirir və bədəni infeksiyalara qarşı daha dözümlü edir. Həmçinin, o, qan dövranını yaxşılaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır və xolesterini tənzimləyir.

Qışda gündə 1-2 diş sarımsaq yemək həm sağlamlığı qoruyur, həm də bədənə enerji verir. Sarımsağın faydası yalnız təzə halda yeyildikdə daha güclü olur.

Paylaş: