
Salyanda avtomobil kanala aşıb, iki nəfər ölüb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.
Əməliyyat başa çatıb.
Oxşar xəbərlər

Salyanda avtomobil aşdı:
Son Xeberler

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Son Xeberler

Salyanda 9 yaşlı qızı maşın vurdu
Son Xeberler

Salyanda avtotəmir sexində QAN TÖKÜLDÜ
melumat.tv

Lerikdə dəhşətli hadisə:
Son Xeberler

İsmayıllıda ağır qəza -2 ölü, 2 yaralı
Bugun.az