Salyanda avtomobil aşdı: Xəsarət alan var

03.09.2020 05:13 700 baxış sayı 2 dəq. oxuma
Salyanda avtomobil aşdı:

Salyanda baş vermiş avtomobil qəzası nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

T.Əmənov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: