Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Salyanda avtomobil kanala aşıb, 3 nəfər öldü

13.07.2025 12:25 36 baxış sayı 1 dəq. oxuma Metbuat
Salyanda avtomobil kanala aşıb, 3 nəfər öldü

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parça Xalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: