🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Barselona" radikal qərara hazırlaşır

16.08.2020 18:46 526 baxış sayı 2 dəq. oxuma
"Barselona" radikal qərara hazırlaşır

"Barselona" klubu UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı ağır bir məğlubiyyətdən sonra heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.

Kataloniya təmsilçisi yalnız Lionel Messi, Frenki de Yonq, Mark-Andre ter Ştegen, eləcə də gənc oyunçular Ansu Fati və Riki Puçanı toxunulmaz hesab edir. Qalan digər futbolçuların isə "Barselona"dan göndərilə biləcəyi mümkün hesab edilir.

Artıq bu yay transfer dövründə "Barselona" Luis Suares, Antuan Qrizmann, Jordi Alba, İvan Rakitiç, Serxi Roberto, Arturo Vidal və Nelson Semedunu göndərə bilər.

Bundan əlavə, Samuel Umtiti və Usman Dembelenin tez-tez zədələndikləri üçün komandadan ayrıla biləcəkləri qeyd olunub.(qol.az)

Etiketlər

Paylaş: