Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Toyuq ətində gizlənən bakteriya -Zəhərlənməyə səbəb olur

14.05.2025 11:25 58 baxış sayı 2 dəq. oxuma Metbuat
Toyuq ətində gizlənən bakteriya -Zəhərlənməyə səbəb olur

Toyuq ətinin istehlakı nəticəsində yaranan qida zəhərlənmələri "Salmonella" bakteriyasının törətdiyi infeksiyaları gündəmə gətirib.

Metbuat.az xəbər verir ki, mütəxəssislər, şübhəli qidaların qəbulundan sonra ilk 8-72 saat ərzində yaranan qarın ağrısı, ürəkbulanma, qusma, ishal və qızdırma kimi əlamətlərə diqqət yetirilməsi barədə xəbərdarlıq edirlər.

Salmonella bakteriyası insanlara çox vaxt xəstə insanlar və ya heyvanlarla təmas nəticəsində və ya onların nəcisləri ilə çirklənmiş su və ya qida qəbulu ilə yoluxur. Qida zəhərlənməsi amili olaraq tez-tez rast gəlinən salmonella, tif və paratif kimi sistemli infeksiyalara da səbəb ola bilər.

Salmonella bakteriyası az bişmiş toyuq ətinin istehlakı nəticəsində yaranır. Bu infeksiyadan qorunmaq üçün gigiyenik tədbirlərin görülməsi vacibdir:

Çiy və ya yarıbişmiş heyvan mənşəli qida məhsulları istehlak edilməməlidir. Heyvan mənşəli qida məhsullarının saxlanması, daşınması və realizasiyası dövründə baytarlıq-sanitariya qaydalarına riayət olunmalıdır. Soyuducuda saxlanılan hazır qidaların yaxşı qızdırılmadan istehlakına yol verilməməlidir.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: