Hansı halda uşaqda temperaturu salmaq olmaz? - Həkimdən xəbərdarlıq
Uşaqda yüksək hərarət valideynlərin narahatlığının əsas səbəbidir. Bir çox ana və atalar müxtəlif üsullardan istifadə edərək onu mümkün qədər tez endirməyə çalışırlar. Lakin bəzi üsullartəkcə səmərəsiz deyil, həm də sağlamlıq üçün təhlükəli ola bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə rusiyalı pediatr Viktoriya Kostritskaya xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri hərarəti 38-38,5°C-dən aşağı salmağa cəhd etməkdir. Bu hərarət mülayim sayılır və orqanizmə infeksiya ilə mübarizə aparmağa kömək edir. Valideynlər onu lazımsız yerə endirməklə sağalma prosesini yavaşlada və təbii immun cavabı zəiflədə bilərlər.
Digər üsullardan danışarkən mütəxəssis uşağı soyuq su və ya buzla silməməyə çağırıb, çünki bu, dərinin kəskin soyumasına və periferik damarların daralmasına səbəb olur.
"Bu, hərarətin enməsi illüziyasını yaradır, halbuki daxili hərarət artmaqda davam edə bilər. Bu zaman uşaq titrəməyə başlaya bilər ki, bu da istilik istehsalını artırır və vəziyyəti pisləşdirir. Uşağı soyuq vannaya salmaq və ya bütün bədənə soyuq kompres qoymaq şoka və damar spazmına səbəb ola bilər. Bu, həm də ciddi fəsadlar riski yaradır", - deyə mütəxəssis əlavə edib.
O həmçinin spirt və ya sirkə məhlulları ilə silmə kimi metodun təhlükəli olduğuna diqqət çəkib, çünki bu, zəhərlənməyə səbəb ola bilər.
"Spirt buxarları dəri və tənəffüs yolları vasitəsilə tez sorulur ki, bu da xüsusilə kiçik uşaqlar üçün təhlükəlidir. Sirkə də dərinin kimyəvi qıcıqlanmasına və arzuolunmaz reaksiyalara səbəb ola bilər. Uşağı isti yorğan və ya paltara bükməyin - bu, istilik mübadiləsinin pozulmasına səbəb olur. Orqanizm hərarəti səmərəli şəkildə endirə bilmir ki, bu da istilik vurması da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər", - deyə mütəxəssis vurğulayıb.
Bundan əlavə, pediatr valideynləri hərarətsalıcı dərmanların tez-tez və nəzarətsiz istifadəsindən çəkindirib. Həkimin sözlərinə görə, xəstəlik zamanı uşağın düzgün su rejimini gözləməsi də vacibdir.
Etiketlər
Oxşar xəbərlər
Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz -...
Son Xeberler
Niyə balığı qatıqla yemək olmaz?
Tibbi məlumatlar
Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamə...
Son Xeberler
Ramin Bayramlı hansı vaksini vurduracaq?
Son Xeberler
"Buzlu şüşə" diaqnozu ilə bağlı SENSASSİON AÇIQLAM...
Son Xeberler
Hansı halda məktəblərin fəaliyyətini dayandıracağı...
Son Xeberler