Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Oturaq işin səbəb ola bildiyi xəstəliklər

17.08.2025 03:25 16 baxış sayı 2 dəq. oxuma Metbuat
Oturaq işin səbəb ola bildiyi xəstəliklər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət oturaq işdə qalmaq insan sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Metbuat.az xəbər verir ki, hərəkətsizlik və yanlış oturuş bir çox xəstəliyin yaranmasına səbəb ola bilər.

Onurğa problemləri – Bel və boyun ağrıları, skolioz və fəqərə yırtığı oturaq həyat tərzinin ən çox rast gəlinən nəticələrindəndir.

Ürək-damar xəstəlikləri – Davamlı hərəkətsizlik qan dövranını zəiflədir, ürək xəstəlikləri riskini artırır.

Piylənmə və şəkərli diabet – Az hərəkət metabolizmi zəiflədir, artıq çəki və şəkər xəstəliyinə yol açır.

Psixoloji gərginlik – Uzun müddət kompüter qarşısında işləmək stress və yuxu pozuntularına gətirib çıxarır.

Həkimlər hər saatdan bir ayağa qalxıb hərəkət etməyi, iş masasında düzgün oturuşu qorumağı və mütəmadi idmanla məşğul olmağı məsləhət görürlər

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: