Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Heyvanlardan bu xəstəliklər yoluxa bilər

20.10.2025 20:02 4 baxış sayı 2 dəq. oxuma Metbuat
Heyvanlardan bu xəstəliklər yoluxa bilər

Bəzi ev heyvanlarından insanlara keçə bilən yoluxucu xəstəliklər mövcuddur. Bu cür xəstəliklər "zoonoz xəstəliklər" adlanır və onların bəziləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnfeksionist-həkim Sadiqə Əliyeva bildirib ki, heyvan mənşəli qidalardan keçən xəstəliklərin sayı olduqca çoxdur. İnsanlara təhlükə yaradan bu xəstəliklərin yoluxma yolları fərqlidir, lakin əsasən qida və ya birbaşa təmas yolu ilə yayılırlar.


Həkimin qeyd etdiyi xəstəliklərdən biri brusellozdur. Bu xəstəlik yoluxmuş heyvanın tam bişməmiş əti, çiy və ya kifayət qədər qaynadılmamış südü vasitəsilə insana keçə bilər. Qarayara xəstəliyi də bu qəbildəndir; onun dəri, ağciyər və bağırsaqları zədələyən formaları mövcuddur. Qarayara əsasən mal-qaradan yoluxur. Digər bir təhlükə isə salmonella infeksiyasıdır. Bu xəstəlik xüsusilə ev quşlarının tam bişməmiş yumurtaları vasitəsilə insana keçə bilər. Bundan başqa, toksoplazmoz pişiklərin nəcisində yaşayan parazitlərlə yayılır. Yoluxmuş nəcis hər hansı bir səthə bulaşdıqda və insanla təmasda olduqda yoluxma baş verir. Eynilə, itlərin bağırsaqlarında yaşayan və exinokok adlanan parazitin yumurtaları da insanlara keçərək zoonoz xəstəliklərə səbəb ola bilər.


A
Biotexnologiya müxbiri

Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.

Bütün məqalələrə baxın
Paylaş: