🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"OBA" marketdəki partlayışda xəsarət alanların son durumu

27.02.2025 07:25 10 baxış sayı 1 dəq. oxuma
"OBA" marketdəki partlayışda xəsarət alanların son durumu

Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən "OBA" marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub.

    Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

    Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

    Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    Paylaş: