20.02.2021 22:13
6
abunə
648
Ucarda ağır yol qəzası: Çox sayda ölü və yaralı var

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.(apa)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine