Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

20.05.2025 10:25 59 baxış sayı 1 dəq. oxuma Metbuat
Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20 may, saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.

"Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır".

Qeyd edək ki, partlayışın Sumqayıtdakı zavodlardan birində baş verdiyi barədə mediada xəbərlər yayılıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: