
Misir Prezidenti Seymur Nəsirovu təltif etdi

Misir Ərəb Respublikasının Prezidenti Zati-Aliləri Əbdülfəttah Əs-Sisi 3 sentyabr 2025-ci il tarixində çərşənbə günü Misir Ərəb Respublikasının Vəqflər Nazirliyi tərəfindən Peyğəmbərin (s.ə.s) Mövlud günü münasibətilə keçirilən tədbirdə Misir Ərəb Respublikasındakı Azərbaycan diasporunun rəhbəri cənab Seymur Rahim oğlu Nəsirovu təltif edib.
Bu barədə Metbuat.az-a Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə prezidenti intellektual və mədəni dəyərlərin təbliğində, tolerantlıq və mötədillik ruhunun yayılmasında müstəsna səylərini və xidmətlərini nəzərə alaraq cənab Nəsirovu birinci dərəcəli Elm və İncəsənət ordeni ilə təltif edilib.
Bu təltifetmə, Misir və Azərbaycan xalqları arasında mədəni və intellektual ünsiyyət körpülərinin qurulmasında fəal rolunun və davamlı səylərinin tanınması ilə cənab Nəsirovun üstün mövqeyini təcəssüm etdirir.
Qeyd edək ki, birinci dərəcəli Elm və İncəsənət ordeni Misirin ən yüksək mükafatlarından biridir və yalnız öz möhkəm elmi səyləri ilə intellektual və mədəni həyatı zənginləşməsinə töhfə verən görkəmli alimlərə və maarifpərvər mütəfəkkirlərə verilir.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Misir Prezidenti azərbaycanlı alimi birinci dərəcə...
Bugun.az

Prezident İlham Əliyev Misir Senatının sədrini qəb...
Bugun.az

Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini...
Bugun.az

İlham Əliyev misirli həmkarını təbrik etdi
Bugun.az

Prezident Əziz Sancarın təltif olunma mərasimində...
Bugun.az

Zelenski azərbaycanlı generalı təltif etdi
Son Xeberler