Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul etdi -YENİLƏNİB

25.05.2025 08:25 72 baxış sayı 2 dəq. oxuma Metbuat
Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul etdi -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.

Metbuat.az xəbər verir ki, qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Abdel Vahab Abdel Razeq vurğuladı ki, Misir Prezidenti dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayır.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş edib.

Senatın sədri Azərbaycanla Misir arasında əlaqələrin tarixi və dostluq xarakteri daşıdığını deyərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləklərini qeyd edib.

Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin Azərbaycana, özünün isə Misirə səfərini, bu səfərlər çərçivəsində Misir Prezidenti ilə görüşlərini və apardığı müzakirələri məmnunluqla xatırlayıb.

Görüşdə əlaqələrimizin inkişafında iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rola malik olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: