
Ərəblər Salahın başından pulu yağış kimi tökəcək

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarından misli-bərabəri olmayan bir təklif alıb. Ötən yay da futbolçuya cəlbedici təkliflər gəlmişdi, lakin o, İngiltərə klubu ilə müqavilə imzalamağa üstünlük vermişdi. Bu dəfə isə vəziyyət fərqlidir: Salah üçün birbaşa boş çek təklif edilib.
Britaniya mətbuatı bu razılaşmanın baş tutması halında Məhəmməd Salahın "Liverpul"la olan müqaviləsinin pozula biləcəyini istisna etmir. Mətbuat bildirir ki, 33 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı liqasına keçidi gecikərsə belə, ən gec 2027-ci ildə reallaşa bilər. Bu ssenari həm "Liverpul"un planlarını, həm də oyunçunun karyera qərarını kökündən dəyişdirə bilər.
Mənbələr vurğulayır ki, misirli ulduz bu gəlirlə Kriştiano Ronaldodan daha çox sərvət əldə edəcək. Hesablamalara görə, Salahın illik maaşı 170 milyon avrodan az olmayacaq. Reklam gəlirləri bu məbləğə əlavə edildikdə isə, ümumi illik qazancın 200 milyon avronu ötəcəyi gözlənilir. Bu maliyyə şərtləri Salahı dünyanın ən yüksək maaş alan idmançılarından biri edəcək.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

17 yaşlı qız qohumunun gözü önündə GÜLLƏLƏNDİ -
Son Xeberler

Gülbəniz Bayramova vəzifədən azad edildi
Bugun.az

Bakıda Leysan Yağışı: Səbəb Açıqlandı
Bugun.az

Salah "Liverpul"u sildi
Bugun.az

Sürücülərə xəbərdarlıq olundu - DİQQƏT!!!
Bugun.az

Sabahın Hava Proqnozu: Yağış və Şimşək
Son Xeberler
                                        

