Bugun.az
Bugun.az

28.10.2024 12:25

6 abunə

5

Bakıda Leysan Yağışı: Səbəb Açıqlandı

Bakıda Leysan Yağışı: Səbəb Açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağış yağır. Yarımadanın bəzi yerlərində leysan xarakterli, qısamüddətli yağışlar müşahidə olunub.


Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür. Bu buludlar geniş olduğu üçün daha böyük ərazini əhatə edir.


"Lakin topa-yağış buludları da var. Bunların ölçüsü kiçikdir, ona görə də məhdud bir ərazini əhatə edən lokal xarakterli yağışlar yaranır. Səhər saatlarında Bakı və Abşeron yarımadası üzərində həm laylı-yağış, həm də topa-yağış buludları müşahidə olunub. Bu da yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub", - deyə Mahmudov əlavə edib.