Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dünya bu həkimdən danışır - 300-ə yaxın xəstəni cinsi istismara məruz qoyub

23.02.2025 06:25 94 baxış sayı 1 dəq. oxuma Metbuat
Dünya bu həkimdən danışır - 300-ə yaxın xəstəni cinsi istismara məruz qoyub

Fransada keçmiş cərrah Joel Le Scouarnec əksəriyyəti uşaq olan 299 xəstəsini cinsi istismara məruz qoymaqda ittiham olunur.

Metbuat.az France24-ə istinadən xəbər verir ki, 74 yaşlı Joel Le Scouarnec 1989-2014-cü illər arasında, ilk növbədə Fransanın Brittani bölgəsində 299 uşağa cinsi istismarda ittiham olunur. Zərərçəkmişlərin əksəriyyəti onun keçmiş xəstələri olub.

2020-ci ildə keçirilən məhkəmə iclası onu dörd uşağa, o cümlədən iki qardaşı qızına qarşı zorakılıq etməkdə təqsirli bildikdən sonra artıq həbsdədir.

Ümumilikdə, 299 zərərçəkmişin 256-nın yaşı 15-dən aşağı olub, ən gənci bir, ən yaşlısı isə 70 yaşındadır. Məlumata görə, o, törətdiyi əməli xəstələr ümumi anesteziyanın altında olarkən edib.

Fevralın 24-dən onun məhkəmə prosesi başlayacaq.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: