Məmmədlidə yanğın olub, istismara yararsız avtobuslar yanıb - VİDEO

18.11.2025 15:33 7 baxış sayı 1 dəq. oxuma APA
Məmmədlidə yanğın olub, istismara yararsız avtobuslar yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatı aldıqdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edildi.


Yanğın ərazidə park edilmiş və istismara yararsız avtobuslarda başlamışdı. Yanğınsöndürənlər hadisəyə çevik müdaxilə etdilər. Onlar alovun yayılmasına, o cümlədən digər nəqliyyat vasitələrinə keçməsinə imkan verməyərək, yanğını qısa müddətdə söndürə bildilər.


Hadisə nəticəsində ümumilikdə 35 ədəd istismara yararsız avtobusdan dördü yanıb. Qalan avtobuslar yanğından mühafizə olunub. FHN qüvvələrinin operativliyi sayəsində yanğının böyük itkilərə səbəb olmasının qarşısı alınıb.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: